Bayden Qahirəyə “Qardaşlar“ın 16 liderini azad etmək şərti qoyur

saytların hazırlanması

Evə çatdırılma

Bayden Qahirəyə “Qardaşlar“ın 16 liderini azad etmək şərti qoyur

Dünya

06 Noyabr 2021 09:23 658


ABŞ prezidenti Co Bayden administrasiyası Qahirənin "Müsəlman Qardaşlar"ın 16 liderini azad etmək şərti ilə Misirə 130 milyon dolları ödəmək niyyətindədir.

Yenisabah.az "Əl-Ərəbiyyə"yə istinadla xəbər verir ki, respublikaçı senator Ted Kruz məlumat yayıb.

Onun sözlərinə görə, vəsait terrorla mübarizə üçün ayrılıb. Dominos pizza

Kruz əlavə edib ki, Bayden administrasiyası 16 adı açıqlamaqdan imtina edir və bu, şübhələr yaradır:

"Azad etmək istədiyiniz bu insanlar kimdir? Onların "Qardaşlar"la əlaqəsi nədir? Məhbuslar terror əməlində ittiham olunubmu? Onlar ABŞ vətəndaşıdır?"

"Əl-Ərəbiyyə"nin məlumatına görə, 16 lider arasında ABŞ vətəndaşlığını almış “Müsəlman Qardaşlar”ı da var. 

Yeri gəlmişkən, Ted Kruz Konqresə "Qardaşlar"ı terror qruplaşması kimi tanıyan qanun layihəsi təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!