“Cozef Bayden enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa yüksək dəyər verdiyini növbəti dəfə bəyan edib”.
“Yeni Sabah” xəbər verir ki, bunu bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 28 May-Müstəqillik Günü ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunu şərh edərkən deyib.
O, bildirib ki, ABŞ Prezidentinin məktubunda Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr təqdir edilir. Baş redaktor vurğulayıb ki, Azərbaycan terrordan əziyyət şəkən ölkə olaraq daim dünya miqyasında belə qanlı aksiyalara qarşı aparılan mübarizənin önündədir və bunu əməli fəaliyyəti ilə təsdiqləyir: Pepperoni pizza
“Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən terror aktına ilk münasibət bildirən Azərbaycan dövləti olmuşdur.
ABŞ Prezidentinin məktubunda bu məqam xüsusi yer alır ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə geniş imkanlar açacağı qənaətindədir.
ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir. Birləşmiş Ştatlar hazırkı vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi dəyərləndirir.
Təbii ki, bu yanaşmalar və qənaətlər ABŞ-ın birmənalı olaraq tarixi Zəfərimizin regionda yaratdığı yeni reallıqları qəbul etməsi, dəstəkləməsi kimi qəbul edilməlidir. Eyni zamanda, çağdaş dünyamızda cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə alsaq məktubda Amerikanın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin bir daha aydın ifadəsini tapdığını görərik.
Təbrik məktubunda bu məqam da əksini tapır ki, ABŞ qarşıdakı onilliklərdə də ölkəmizlə münasibətlərini daha da inkişaf etdirmək, əlaqələrini yeni istiqamətlər üzrə genişləndirmək niyyətindədir.”
Telegram kanalımız