“Bayraktar”lar Ermənistanla sərhəddə

saytların hazırlanması

Evə çatdırılma

“Bayraktar”lar Ermənistanla sərhəddə

Rəsmi

25 Dekabr 2020 23:30 1464


Türkiyə Silahlı Qüvvələrinin “Bayraktar TB2” pilotsuz təyyarələri Ermənistanla sərhəd boyu fasiləsiz uçuşlar həyata keçirir.

Yenisabah.az xəbər verir ki, bu haqda “Yeni Şafak” qəzeti yazıb.

Xatırladılır ki, sentyabrın sonlarında Ermənistanın Azərbaycana qarşı hücum cəhdindən sonra Türkiyə “Bayraktar TB2” döyüş pilotsuz aparatlarını Ermənistanla sərhədə göndərmişdi. Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibə ərzində Türkiyə “Bayraktar”ları Ermənistan sərhədi boyu fasiləsiz uçuşlar həyata keçirib və indi də göy üzündən enmir. pizza

“Bir-birinin ardınca havaya qalxan “Bayraktar”lar Ermənistan sərhədi boyu uçuşlar həyata keçirir. Sərhəd xəttindəki hərəkətlilik dərhal qeydə alınır və müvafiq strukturlara ötürülür. Son olaraq Van gölü yaxınlığından havaya qalxan “Bayraktar” uzun müddət Ermənistanla sərhəd boyu uçuş həyata keçirib”,-qəzet yazır.

Xatırladaq ki,  lazerlə hədəfə yönləndirilən raketlərlə təchiz edilmiş “Bayraktar” döyüş pilotsuz aparatları Azərbaycan ordusunun da silahanmasında yer alır və 44 günlük müharibə zamanı bu PUA-lar düşmənə sarsıdıcı zərbələr vurub, ermənilərin kabusuna çevrilib.   /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!