Bayram gecəsi avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, paytaxtın Nizami rayonu Babək prospektində yerləşən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin texniki vasitələri ilə qorunan obyektlərindən birindən oğurluq edilməsinin qarşısı alınıb. Belə ki, həmin ünvanda yerləşən xüsusi texniki vasitələrlə qorunan avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Qeyd edilən ərazi üzrə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn 30 saniyə içində gələn idarənin polis əməkdaşları oradan bir nəfərin oğurluq etdiyinin şahidi olublar.
Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışsa da, mhafizə polislərinin çevikliyi sayəsində şübhəli şəxsi saxlamaq mümkün olub. Daha sonra həmin şəxs ərazi üzrə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman onun Yardımlı rayon sakini Hüseyn Dadaşzadə olduğu məlum olub.Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun paytaxt ərazisində daha bir neçə obyekdən oğurluq etdiyi məlum olub. pizza hut
Telegram kanalımız