Bayram günləri hava necə olacaq? –   Xəbəriniz olsun

saytların hazırlanması

Evə çatdırılma

Bayram günləri hava necə olacaq? – Xəbəriniz olsun

Sosial

03 İyun 2019 16:31 1104


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bayram günlərində gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəvər verir ki, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava günəşli olacaq.  Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz  32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-50 faiz olacaq.    pizza mizza

İyunun 6-da hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda  gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

İyunun 5-6-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  21-22 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

İyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 05-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz  34-39, dağlarda gecə 16-21,  gündüz 25-30 dərəcə  isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!