Novruz və Ramazan bayramları ilə əlaqədar martın 19-30-da ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. pizza
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.
Məlumata görə, hazırda portalda 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub.
Qurum vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələrini tövsiyə edir.
Telegram kanalımız