İlin son gününə olan hava açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İlin son gününə olan hava açıqlandı

Sosial

30 Dekabr 2025 12:10 1279


31 Dekabr - Dünya Azərbaycanlılarının Hərməyliyi Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  

Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq. Pepperoni pizza

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan, 2°-dək isti olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!