Bayram Kürdəxanılının Rusiyada oğlu var imiş... - Video

saytların hazırlanması

Evə çatdırılma

Bayram Kürdəxanılının Rusiyada oğlu var imiş... - Video

Maraqlı

10 Yanvar 2024 19:20 1143


Avtomobil qəzasında dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanılının Rusiyada oğlu olduğu üzə çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ARB-nin efirində yayımlanan verilişlərdən birində məlumat verilib.

Mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib. O qeyd edib ki, ancaq onunla əlaqəsi yoxdur. Toyuqlu pizza

“Qardaşım hardasa 35 il əvvəl bir qızla Moskvada tanış olmuşdu. O qız orada təhsil alırdı, qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra o, universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə vermədi. Sonradan bildiyim məlumata görə, o, avtomobil qəzasında həyatını itirib. Onun Bayramdan bir oğlu olmağını mən sonradan bildim. Onun tapılmağını çox istəyirəm. Qardaşımın yadigarıdır”, - o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!