Bayramov:  TRIPP-in vaxtında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir

saytların hazırlanması

Evə çatdırılma

Bayramov: TRIPP-in vaxtında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir

Siyasət

04 Dekabr 2025 17:58 628


“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) vaxtında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.

“Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir”, - nazir qeyd edib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!