Bayraqlar endirildi, avtomobillər əzildi: İranda vəziyyət   KRİTİK HƏDDƏ

saytların hazırlanması

Evə çatdırılma

Bayraqlar endirildi, avtomobillər əzildi: İranda vəziyyət KRİTİK HƏDDƏ

Dünya

08 Yanvar 2026 22:12 2419


İranın müxtəlif şəhərlərində dövlət bayrağı endirilir və parçalanır. Etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə dövlət bayrağını endirərək cırıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qəsr-Şirin şəhərində də İran bayrağı etirazçılar tərəfindən endirilərək yararsız hala salınıb. pizza sifarişi

Şimali Xorasan əyalətinin Şirvan şəhərində etirazçıları qeydə alan şəhər kameraları sındırılıb. Hiddətlənmiş vətəndaşlar SEPAH-a məxsus avtomobilləri əziblər.

Xatırladaq ki, daha əvvəl etirazçıların üç şəhəri ələ keçirdikləri ilə bağlı xəbərlər yayılıb. Onlardan sonuncusu Tehranın Xəzər dənizi və digər bölgələrlə əlaqəsini təmin edən mühüm nəqliyyat qovşağı sayılan Kərəc şəhəri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!