“Bazar günü ...“ - Etibar Məmmədov siyasətə qayıdır?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Bazar günü ...“ - Etibar Məmmədov siyasətə qayıdır? - Açıqlama

Siyasət

11 Oktyabr 2019 20:53 2191


“AMİP oktyabrın 13-də “Ambassador” otelində geniş müşavirə keçirəcək. Həmin toplantıda Etibar Məmmədov siyasətə qayıdışını rəsmən bəyan edəcək”.

"Yeni Sabah" "Azpost.info"ya istinadən bildirir ki, bu məlumatı tanınmış siyasi icmalçı Azər Rəşidoğlu açıqlayıb.

Onun sözlərinə görə, geniş müşavirəyə çoxlu sayda qonaqlar dəvət edilib. “Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı İcra Hakimiyyəti Etibar Hüsənliyə 13 oktyabrda Ambassador oteldə geniş müşavirə keçirməyə razılıq verib. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Etibar Hüsənli toplantıda siyasətə qayıtdığını elan edəcək!”-deyə A. Rəşidoğlu bildirib. pizza hut

Məsələ ilə bağlı AMİP sədri Etibar Məmmədov "Demokrat.az"a açıqlama verib. O, yayılan məlumatları təkzib edib: "Mənim siyasətə qayıtmağımla bağlı yayılan məlumatlar yalan və cəfəngiyyatdır. Mən sözümü bir dəfə demişəm, onda da siyasətdən getdiyimi açıq bəyan etmişəm. Bazar günü isə sıradan bir iclas olacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!