BBC, “Əl-Cəzirə”, “France 24” və digər media qurumlarının nümayəndələri Gəncədə

saytların hazırlanması

Evə çatdırılma

BBC, “Əl-Cəzirə”, “France 24” və digər media qurumlarının nümayəndələri Gəncədə

Maraqlı

11 Oktyabr 2020 13:10 1045


Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq medianın da diqqətini cəlb edib.

Yenisabah.az xəbər verir ki, BBC, “Əl-Cəzirə”, “France 24”, Türkiyənin NTV, TRT Haber və digər transmilli media orqanlarının nümayəndələri ermənilərin raket atəşinin törətdiyi faciə və fəsadlarla yerində tanış olmaq üçün bu gün Gəncədə olublar.

Onlar raket zərbəsindən dağılmış ərazidə çəkiliş aparıb, erməni terrorunun miqyasını öz gözləri ilə görüb, yerli sakinlərdən müsahibələr alıblar. Sezar pizza

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb, dağıntılar altında qalanların olduğu bildirilir.

Xilasetmə işləri davam edir. APA-

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!