“BBC” Laçının son görüntülərini yaydı: Düşmən var-yoxlarını yandırdı- VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“BBC” Laçının son görüntülərini yaydı: Düşmən var-yoxlarını yandırdı- VİDEO

Rəsmi

01 Dekabr 2020 08:25 2394


Azərbaycan ordusu bu gecə Laçına girəcək. Rayonun Azərbaycana təhvil verilməsinə saatlar qalmış Laçında yaşayan ermənilər buranı tərk etməkdədir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda "BBC" kanalı məlumat və video-görüntü yayıb.  Onlar rayondan çıxarkən mal-qaranı özü ilə aparır, ağacları kəsir və evləri yandırır.

Azərbaycana təhvil verilməsindən əvvəl Laçın şəhərində evlərin yandırıldığı görünür.   Toyuqlu pizza

Laçın rayonu noyabrın əvvəlində Azərbaycan, Rusiya və Emrənistan liderlərinin birgə imzaladığı bəyanatla Azərbaycana geri qaytarılan sonuncu rayondur.

Bundan əvvəl bəyanata uyğun Ağdam və Kəlbəcər Azərbaycana geri verilib.

Laçın rayonu Azərbaycanın Ermənistanla sərhədində yerləşir. Dağlıq Qarabağı əhatə edən 7 rayondan biri olan Laçın 28 il öncə, 1992-ci ilin mayında erməni silahlıları tərəfindən işğal olunub.

İşğaldan əvvəl Laçın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!