BDU-nun professorunu binaya buraxmadılar:   “Hələ də özümə gələ bilmirəm”

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun professorunu binaya buraxmadılar: “Hələ də özümə gələ bilmirəm”

Hadisə

19 Sentyabr 2020 19:37 2085


“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, qocaman jurnalist Nəsir Əhmədli bildirib.

Professorun sözlərinə görə, mühafizəçi onun vəsiqəsinə baxandan sonra təəssüflə başını yelləyərək deyib: Sezar pizza

“- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

- Niyə ki?

- Yaşınız 65-dən çoxdur".

N.Əhmədli hadisədən çox təsirləndiyini qeyd edib:

"Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.

Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!