Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.
Yenisabah.az xəbər verir ki, BDU-nun ikinci kurs tələbəsi, 2003-cü il təvəllüdlü İlkin Qənbərli martın 1-də evdən çıxıb və geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbəsinin rəisi Elşad Hacıyev tələbənin itkin düşməsi ilə bağlı axtarış elan olunduğunu deyib. Toyuqlu pizza
“Onun fotoşəkilləri çoxaldılaraq polis əməkdaşlarına paylanılıb. Hazırda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur”, – deyə Elşad Hacıyev qeyd edib.

Telegram kanalımız