Belarus Azərbaycana yeni hərbi attaşe təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Belarus Azərbaycana yeni hərbi attaşe təyin etdi

Siyasət

29 Oktyabr 2019 14:07 990


Belarus Azərbaycana yeni hərbi attaşe təyin edib.

“Yeni Sabah” xəbər verir ki, Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkov yeni hərbi attaşe Andrey Kaptiloviçi oktyabrın 29-da Bakıda Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənova təqdim edib.

General-polkovnik Z.Həsənov Belarusun yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib. Marqarita pizza

Qeyd edək ki, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov Azərbaycanda səfərdədir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!