“Belə davam etsə, depressiya virusdan daha çox can alacaq” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Belə davam etsə, depressiya virusdan daha çox can alacaq” - Tramp

Dünya

24 Mart 2020 11:47 668


"Ölkədə vəziyyəti iqtisadi baxımdan normallaşdıra bilməsək, yaxında depressiyadan ölənlərin sayı, virusdan ölənlərin sayını keçəcək".

Yenisabah.az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

"İnsanlar narahatlıq keçirirlər. İqtisadiyyatımız pis vəziyyətdə olarsa, bu insanların intiharı ilə nəticələnəcək. Depressiya nəticəsində baş verən intiharlar korona virusunu kölgədə qoya bilər", deyən prezident ABŞ iqtisadiyyatının stimullaşdırılması üçün 2 trilyon dollarlıq paket ayırmaq niyyətindədir. pizza mizza

Ancaq Demokrat Partiyası Trampın bu addımının yalnız böyük firmaları xilas etməyə hesablandığını, işçilərə və orta təbəqəyə sərf etmədiyini əsas gətirərək bu fikrə qarşı çıxır.

Xatırladaq ki, ABŞ-da 46 mindən çox koronavirus daşıyıcısı var. Virus səbəbilə həlak olanların sayı isə 587-yə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!