Bələdiyyə seçkiləri ilə bağlı son mərhələ

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkiləri ilə bağlı son mərhələ

Siyasət

05 Dekabr 2019 10:44 1468


Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, artıq namizədlərin qeydiyyata alınması mərhələsi başa çatıb və artıq təbliğat-təşviqat kampaniyasına start verilib. 

Namizədlərin qeydə alınması mərhələsində hansısa ciddi qanun pozuntusuna rast gəlinməyib. Hər halda hələ ki, bu barədə şikayətlər yoxdur, yaxud da qeydiyyat mərhələsinin şəffaf və qanunauyğun keçirilməsini şübhə altına  alacaq səviyyədə deyil.  Pepperoni pizza

Təbliğat və təşviqaq kampaniyası da sakit keçir. Namizədlər manesiz seçicilərlə görüşür və seçki platformalarını onların diqqətinə çatdırırlar. 

Bu dəfəki bələdiyyə seçkilərində diqqətçəkən məqamlardan biri prosesdə gənclərin və xanlmların daha fəal olmasıdır.  

Artıq Mərkəzi Seçki Komissiyasının (MSK) saytında bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı yerləşdirilib. Dərc olunan siyahıda 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə qeydə alınan 41 800-dək namizədin adı var.

MSK sədrinin müavini Rövzət Qasımov da xanım və gənc namizədlərin fəallıq nümayiş etdirdiyini bildirib. “Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımdır. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını isə gəncdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd  kimi qeydiyyata alınıb”, - deyə o bildirib.

Siyasi partiyaların da bələdiyyə seçkilərində fəallığı müşahidə edilir. Hakim Yeni Azərbaycan Partiyasından başqa Ümid, Böyük Quruluş, Azərbaycan Sosial Demokrat, Azərbaycan Milli İstiqlal, Bütöv Azərbaycan Xalq Cəbhəsi və digər partiyalar fəal şəkildə seçkilərə qatılıb. Siyasi təhlilçilər hesab edir ki, bundan əvvəlki bələdiyyə seçkilərilə müqayisədə bu dəfə prosesə böyük maraq olmasının əsas səbəbi Prezident İlham Əliyevin başlatdığı islahatlardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!