Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, iclasda bir sıra partiyaların dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Belə ki, iclasda Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dördpendirli pizza
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Telegram kanalımız