Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 11-ə çatdı -   Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 11-ə çatdı - Siyahı

Siyasət

05 Noyabr 2019 14:13 926


Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın - Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb. pizza hut

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!