Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır

Siyasət

21 Noyabr 2019 22:02 952


Azərbaycanda dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində namizədlərin qeydə alınması prosesi bu gün başa çatır.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”da bildirilib.

Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-si saat 18:00-da başa çatır. Marqarita pizza

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!