“Bəlkə, mən axmağam?” - Sopiçdən narazılıq

saytların hazırlanması

Evə çatdırılma

“Bəlkə, mən axmağam?” - Sopiçdən narazılıq

İdman

08 Dekabr 2019 18:47 850


"Gəlməzdən əvvəl komandanın bütün oyunlarına baxmışdım. Allahın və qapıçının ümidinə qalmaq istəmirəm. İlk olaraq mərkəzi bağlamalıyıq. Filip mərkəz müdafiəçisi deyil, amma başqa variant olmayanda onu orda oynatmalısınız. Əcnəbi futbolçu meydanda mənə istədiyimi verməyəcəksə, 10 azərbaycanlı ilə oynayacam".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə “Neftçi”yə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Sopiç qış fasiləsində komandada dəyişiklik ediməli olduğunu bildirib:

"Bəzi şeyləri görmək üçün məşqçi olmağa ehtiyac yoxdur. Kluba gələndə mənə dedilər ki, futbolçular yaxşı səviyyədədir. Bilmirəm mən axmağam, ya nədi. Qış fasiləsindən sonra komandada Şakir kimi 7 futbolçu olacaq. O, məşqdə də, oyunda da əlindən gələni edir. Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!