Benzemadan Ronaldoya atmaca

saytların hazırlanması

Evə çatdırılma

Benzemadan Ronaldoya atmaca

İdman

17 Fevral 2025 10:41 181


“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya söz atıb.

Yenisabah.az unikal.az-a istinadən xəbər verir ki, o, Ronaldodan fərqli olaraq, qarşısına daim qol vurmağı məqsəd qoymadığını bildirib.

“Bir şey demək istəyirəm. Mən yalnız qol vurmaq haqqında düşünən adam deyiləm. Kriştiano ilə burada olmaq yaxşıdır. Amma mənim üçün matçlarda qalib gəlmək daha vacibdir. Komandaya qələbə qazandıracaq qollar vura bilsəm, sevinərəm. Sezar pizza

Qol vurmağı, məhsuldar ötürmə verməyi, komandaya kömək etməyi xoşlayıram. Komanda mənim üçün ən vacib şeydir".

36 yaşlı Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Bu mövsüm o, bütün turnirlərdə 19 oyuna çıxıb, 17 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!