Bərbərin qətli 15 manata görə olubmuş... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bərbərin qətli 15 manata görə olubmuş... - VİDEO

Kriminal

16 Dekabr 2022 22:14 40613


Bakıda bərbərxanada qətl hadisəsi baş verib.

Ağır cinayət günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.

Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin artıq İlkin Qurbanovun öldüyünü görüblər. pizza sifarişi

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.

Xəzərxəbər-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!