Bərdədə dəhşətli qətl: Qadın baltalanaraq öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə dəhşətli qətl: Qadın baltalanaraq öldürüldü

Kriminal

28 Fevral 2020 00:43 1029


Bərdə rayonunun Zümürxan kəndində qətl hadisəsi törədilib. "Yeni Sabah" xəbər verir ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə balta ilə vurularaq öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları T.İbadovanın həyat yoldaşı Vahid İbadovu şübhəli şəxs qismində saxlayıb. APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, mərhum T.İbadovanın kürəkəni də polislər tərəfindən rayon polis şöbəsinə aparılıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!