Bərdədə həyat yoldaşını öldürən kişinin “whatsapp“ yazışmaları üzə çıxdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə həyat yoldaşını öldürən kişinin “whatsapp“ yazışmaları üzə çıxdı - Fotolar

Kriminal

29 Mart 2020 18:25 7002


Arvadını öldürən kişinin yazdığı mesajlar ortaya çıxıb.

Unikal.org xəbər verir ki, bir neçə gün əvvəl Bərdə rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirən Qismət Zamanov hadisədən bir neçə saat əvvəl  Zülfiyyə Zamanovaya mesaj yazıb. Q. Zamanov  həyat yoldaşı ilə  "whatsapp" yazışmasında bildirib ki, səni öldürəcəm və yaşamağa qoymayacam. Qadın isə cavab olaraq "o zaman narkotik vasitədən əl çək yenidən gəlim birlikdə yaşayaq" deyə cavab verib. Oğlan isə tərgidə bilmədiyini qeyd edib. Zülfiyyə Zamanova isə boşanmaq istədiyini desə də, Qismət uşaqları yetim qoyaraq öldürəcəyini yazıb. Bu yazışmadan bir neçə saat sonra övladını həkimə gətirən ananı uşaq xəstəxanasının həyətində 4 bıçaq vuraraq öldürüb.

Qeyd edək ki, Bərdə rayonunda müvvəqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü 32 yaşlı Qismət Zamanov qısqanclıq zəminində həyat yoldaşı 23 yaşlı Zülfiyyə Zamanovanı bıçaqlayaraq qətlə yetirib.  pizza mizza

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!