Berlində məşhur pivə evi Merkeli “qara siyahı”ya saldı

saytların hazırlanması

Evə çatdırılma

Berlində məşhur pivə evi Merkeli “qara siyahı”ya saldı

Maraqlı

02 Noyabr 2020 10:21 820


Berlində “Standige Vertretung” pivə evi Almaniya kansleri Angela Merkeli qara siyahıya salıb.

Yenisabah.az xəbər verir ki, bu barədə müəssisənin sahibləri Yorn Peter Brinkmann və Jan Filip Bubinger “Facebook”da bildiriblər.

Restoranlar Almaniyada iaşə müəssisələrinin fəaliyyətini qadağan edən karantinin tətbiq edilməsindən qəzəbləniblər. pizza mizza

Onlar Robert Kox İnstitutunun iaşə müəssisələrinin infeksiyaya yoluxmada 3 faizi aşmadığına istinad edirlər.

Brinkmann və Bubinger bildiriblər ki, hökumət tərəfindən heç bir addım atılmadı və həkimlərin indi var gücləri ilə çalışacağı gözlənilən idi.

Sahibkarlar qeyd edib ki, bir çox siyasətçi onların pivə evinin qonağı olub.

Qeyd edək ki, 28 oktyabrda Almaniya kansleri bütün Almaniya üçün sərt tədbirlər və karantin elan edib. Kanslerin qərarına əsasən, 2 noyabrdan etibarən ölkədə restoranlar, barlar, kinoteatrlar və digər əyləncə müəssisələri bağlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!