Beş nəfərlik ailə qəzada həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Beş nəfərlik ailə qəzada həlak oldu

Kriminal

30 Noyabr 2019 05:37 1650


Rusiyanın Krasnoyarsk diyarının Uyar bölgəsində ikinci ağır yol qəzası baş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, qəza P-255 “Sibir” avtomagistralında qeydə alınıb. Belə ki, “MAN” markalı yük maşını ilə “Toyota” markalı avtomobilin toqquşması nəticəsində beş nəfərdən ibarət ailə ölüb.

Ölənlərin üçü uşaqdır. Hazırda qəza baş ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırma aparılır. pizza mizza

Qeyd edək ki, bu gün Uyar bölgəsində “Honda” markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub. Nəticədə üç nəfər ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!