Bəşər Əsəd qiyamçıları əfv edəcək 

saytların hazırlanması

Evə çatdırılma

Bəşər Əsəd qiyamçıları əfv edəcək 

Dünya

23 Sentyabr 2024 12:56 377


Suriya prezidenti Bəşər Əsəd bu ayın 22-dən etibarən bəzi qiyamçıları, hərbi mühacirləri və müharibə cinayəti törətməkdə ittiham olunan şəxsləri əfv edəcək. Bu 13 ildir davam edən vətəndaş müharibəsinin gedişində atılan ilk belə addımdır. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, əfv proseduru bəzi ağır cinayətlər törətmiş və vətənə xəyanətdə ittiham olunan şəxslərə aid deyil. Digər tərəfdən, bu güzəşt müxalif qüvvələrin liderlərini və önəmli şəxslərini də əhatə etməyəcək. 

Xatırladaq ki, Suriyada uzun illərdir davam edən vətəndaş müharibəsi artıq öz intensivliyini itirib. Bir çox siyasi analitikə görə, Şam hakimiyyəti müxaliflər üzərində qələbəni tam təmin edib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!