“Beşiktaş” erməni futbolçu ilə yolları ayırdı

“Beşiktaş” erməni futbolçu ilə yolları ayırdı

İdman Veb saytların hazırlanması

21 Avqust 2019 10:54 1158


Türkiyə klubu Aras Özbilizlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Yeni Sabah" "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaçlı  futbolçuya hissə-hissə olmaqla 2,25 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, “Beşiktaş” Özbilizi 2016-cı ildə Rusiya “Spartak”ından 1,3 milyon avroya transfer edib. Klub futbolçunu 3 il ərzində İspaniya “Rayo Valekano”suna, Moldova “Şerif” klubuna və Hollandiyanın “Villem II” kollektivinə icarəyə verib. Özbiliz “ağ-qaralar”ın heyətində 6 matçda meydana çıxa bilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!