“Bəstə oxuyaraq 300-500 metr yol getmişik ki, bizə yaxınlaşsınlar, cavablarını verək”

saytların hazırlanması

Evə çatdırılma

“Bəstə oxuyaraq 300-500 metr yol getmişik ki, bizə yaxınlaşsınlar, cavablarını verək”

İdman

04 Oktyabr 2019 13:34 1006


Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” (1:4) oyunundan sonra da Ağdam klubunun azarkeşlərinin erməni hücumuna məruz qalması barədə mətbuatda yazılar gedib.

Məsələ ilə bağlı “İmarət” Azad Azarkeş Qrupunun üzvü Samir Məmmədov “Yeni Sabah”a danışıb. O, açıqlamasında onların belə hal ilə üzləşmədiyini bildirib:

“Açığı, biz hələ səfərdən qayıda bilməmişik yoldayıq. Bu səbəbdən internetimiz davamlı olaraq olmur. Bu məsələni mən də yeni öyrəndim. “İmarət” adından onu deyə bilərəm ki, bizdən heç kəs təzyiqə məruz qalmayıb. Elə bir ehtimal da ola bilməz. Əgər elə bir cəhd olsaydı, indi “İmarət” necə oldu ki, təxribatçılara təzyiq göstərib”, - deyə, açıqlama verirdim. Dediyim kimi, heç bir təxribat filan olmayıb, ən azı bizə qarşı. Əksinə biz stadiondan sonra bəstə oxuyaraq 300-500 metr yol getmişik ki, təxribatçılar bizə yaxınlaşsın cavablarını verək”. Marqarita pizza

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüş 20 dəqiqədən sonra davam edib.

Naibə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!