Bəxtiyar Hacıyevlə bağlı yeni qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyevlə bağlı yeni qərar verildi

Maraqlı

22 İyul 2023 18:10 1201


İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bağlı təqdimata baxılıb.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs və vəkili həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş ediblər.

Qərara əsasən, irihəcmli iş üzrə təqdimat təmin edilib, B.Hacıyevin həbsdə saxlama müddəti 2 ay 10 gün uzadılıb. Dördpendirli pizza

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qaraşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!