Bəyin 35, gəlinin isə 80 yaşı var - Qeyri-adi cütlükdən fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bəyin 35, gəlinin isə 80 yaşı var - Qeyri-adi cütlükdən fotolar

Dünya

28 Yanvar 2020 11:33 1431


Misirdə evlənməyə hazırlaşan cütlük arasındakı kəskin yaş fərqi hamının marağına səbə olub.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, toya hazırlaşan Məhəmməd İrbriham adlı bəyin 35, Ayris Cons adlı xanımın isə 80 yaşı var. 

Onların feysbukda tanış olduğu deyilir. Bir neçə ilə əvvəl ərindən boşanan yaşlı qadının sözlərinə görə, o İrbrihama aşiq olduğu üçün yenidən ailə qurmağa qərar verib. Qadın iddia edir ki, bəy də ona həqiqətən aşiqdir: pizza hut

“Sərvətim yoxdur. Əgər sevməsəydi, mənimlə evlənməzdi” - deyə Ayris bildirib.

Qadın Böyük Britaniya, bəy isə Misir vətəndaşıdır. Toy Misirdə baş tutacaq.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!