Beyləqanda kanalda batan 16 yaşlı gəncin meyiti iki gün sonra tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda kanalda batan 16 yaşlı gəncin meyiti iki gün sonra tapıldı

Hadisə

05 İyul 2025 17:57 431


Beyləqanda iki gün əvvəl kanalda batan 16 yaşlı gəncin meyiti tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. Pepperoni pizza

Axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Əkbər Nizami oğlu Qasımlının meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!