Bəylər Eyyubovla bağlı xəbər   TƏSDİQLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Bəylər Eyyubovla bağlı xəbər TƏSDİQLƏNDİ

Siyasət

25 Oktyabr 2025 15:25 11271


İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun daha sonra Prezident Katibliyinin rəisi təyin olunması barədə xəbərlər yayılmışdı. Ancaq həmin vaxt bu barədə heç bir rəsmi açıqlama verilməmişdi.

Yenisabah.az xəbər verir ki, artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.

Bəylər Eyyubov orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub. Toyuqlu pizza

General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.

16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub.

Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı hələlik məlum deyil.

Qeyd edək ki, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub. 

1998-1999-cu illərdə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsini Eldar Namazov tutub. Daha sonra onun yerinə Dilarə Seyidzadə təyin edilib. 2019-cu ildə o, azad edilib və Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsi ləğv edilib./Manşet.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!