Beynəlxalq Bankda problem: Mobil tətbiqdə ödəmələr dayandı 

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Bankda problem: Mobil tətbiqdə ödəmələr dayandı 

İqtisadiyyat

04 Noyabr 2024 17:58 1851


Oktyabrın 31-dən etibarən ABB-nin tətbiq üzərində bəzi ödəmələrində problem yaranıb. 

Bu barədə “Yeni Sabah”a bank müştəriləri bildiriliblər. Məlumata görə, artıq beş gündür ki, bəzi mobil ödəmələr və ipoteka krediti üzrə ödəmələr tətbiq üzərindən dayandırılıb. 

İstifadəçilər bildirirlər ki, tətbiq üzərində hətta mövcud şablonlardan da istifadə etmək mümkün deyil. Tətbiq üzərində donmalar olur.  pizza mizza

Noyabrın 1-də bankdan istifadəçilərə  bildirilib ki, tətbiqdə texniki problem yaranıb. Problemin aradan qaldırılması istiqamətində işlər görülür. Tətbiqin nə vaxtdan tam vəziyyətdə fəaliyyət göstərəcəyi isə açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!