Beynəlxalq Valyuta Fondu: Gələn il neft qiymətləri 46,7 dollar olacaq

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq Valyuta Fondu: Gələn il neft qiymətləri 46,7 dollar olacaq

İqtisadiyyat

14 Oktyabr 2020 22:09 1070


2021-ci ildə dünya üzrə neft qiymətləri 46,7 dollar təşkil edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünyanın İqtisadi Mənzərəsi” adlı hesabatında deyilir.

Bildirilir ki, COVID-19 pandemiyası qlobal neft tələbatında azalmaya səbəb olub və saxlama anbarlarının tutumu ilə bağlı narahatlıq yaradıb. Bunun nəticəsində cari ilin fevral-aprel aylarında neft qiymətləri 60 faiz ucuzlaşıb. Hesabata əsasən, bu il neft qiymətləri ötən illə müqayisədə 32 faiz azalaraq bir barelə görə 41,7 dollar olacaq. 2021-ci ildə isə bir barel neftin qiyməti 46,7 dollar təşkil edəcək.  /Oxu.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!