Bəzi çaylarda daşqın olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəzi çaylarda daşqın olacaq

Sosial

10 May 2019 14:17 1172


Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi  mayın 09-u axşamdan 10-u səhərədək  ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

"Yeni Sabah"ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Qəbələ, Kişçayda (Şəki) 8, Xınalıqda 5, Şahdağda 4, Qırız, Şəki, Oğuz, Ordubadda 3, Göygöl, Ağdərə (Ordubad), Lənkəran, Astara, Lerik, Sarıbaş (Qax), İsmayıllıda 2, Yardımlı, Neftçala, Biləsuvar, Qazıməmməd, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Xaltan, Qusar, Mərəzə, Zaqatala, Ağstafa, Ağdam, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Şahbuz, Naxçıvan, Binə, Sumqayıtda 0.4-1 mm olub. Şimal-qərb küləyi  Daşkəsəndə 25, Naftalan, Gəncədə 20, Naxçıvan, Ağdamda 16 m/s-dək güclənib. pizza mizza

Mayın 11-də  isə respublikanın rayonlarında  arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var. 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.

Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.

Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Havanın temperaturu  26 dərəcəyədək yüksələcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!