“Bəzi vətəndaşlar ünvanı düzgün göstərmədikləri üçün 190 manat ala bilməyiblər”   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi vətəndaşlar ünvanı düzgün göstərmədikləri üçün 190 manat ala bilməyiblər” - AÇIQLAMA

Sosial

23 İyul 2020 12:13 1011


190 manat birdəfəlik yardım proqramı artıq başa çatıb. Bu proqram son olaraq sərt karantin rejiminin həyata keçirildiyi 16 bölgəmizə tətbiq olunub. Lakin məhz həmin bölgələrdə yaşayan bəzi şəxslər saytımıza müraciət edərək diqqətə çatdırırlar ki, ehtiyacları olduqları halda, üçüncü dəfə bu yardımı ala bilməyiblər.

Hətta 27 il Sumqayıtda yaşayan Hümbət  Əhmədov bildirir ki, onun qızı məsələ ilə bağlı aidiyyəti quruma müraciət etdikdə xanıma cəbrayıllı olduğu və Cəbrayılın karantin bölgəsinə aid olmadığı deyilib. Məlum olduğu kimi, Cəbrayıl işğal altındadır. Rəsmi bir qurumun hər hansı bir şəxsə ödənişin təyin olunmaması isə əlaqədar belə bir əsas göstərməsi heç də məntiqli səslənmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yenisabah.az-a açıqlamasında bildirib ki, bir sıra vətəndaşlar faktiki yaşayış ünvanlarını düzgün göstərmədiklərinə görə onlara 190 manat birdəfəlik yardım təyin edilməyib: pizza sifarişi

“Biz bu kimi məsələləri dəfələrlə izah eləmişik. Təbii ki, işğal olunmuş torpaqlarımızı bilirik, tanıyırıq. Vətəndaşın şikayətinin heç bir əsası yoxdur. Biz hər dəfə bildiririk ki, vətəndaş onlayn şəkildə müraciət edərkən özləri haqqında məlumatı doğru qeyd etsinlər. Karantin dövrüdür, çölə çıxmağa icazə yoxdur, insanlar yalnız məhdud şəkildə harasa gedə bilərlər. Bu dövrdə 190 manat birdəfəlik ödəmənin təminatını Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi vətəndaşla təmas olmadan, vətəndaş heç bir idarəyə getmədən həyata keçirib. Vətəndaşlarımız bu ödəniş üçün onlayn şəkildə çox sadə bir müraciət formasından istifadə ediblər. Lakin bir sıra vətəndaşlar faktiki yaşayış ünvanlarını düzgün göstərmədiklərinə görə onlara 190 manat birdəfəlik yardım verilməyib. Məsələn sözügedən məsələdə şəxs yaşayış ünvanı olaraq Sumqayıt şəhərini göstərməyib, nəticədə sistemdə xəta baş verib və o, ödəmədən kənarda qalıb. Mən o şəxslərin bu vəsaitə ehtiyacı olduğunu da anlayıram. Ehtiyacı olmayan şəxslərə iki dəfə bu yardım göstərilməzdi”. 

Fazil Talıbov qeyd edib ki, 190 manatlıq ödəmə proqramı artıq bitib:

“Əgər vətəndaşın işləməyə, ailəsini dolandırmağa ehtiyacı varsa, biz ona haqqı ödənilən ictimai işlər təklif edə bilərik. Bu, karantin dövründə işini itirən şəxslərə də aiddir. Onlar Məşğulluq Mərkəzinə və yaxud e-sosial portalına yenidən elektron şəkildə rəsmi müraciət edə bilərlər. Bu zaman əməkhaqqı olan ictimai işlərə cəlb ediləcəklər. Minimum əməkhaqqı 250 manat olacaq və bununla ailələrini dolandıra bilərlər. Bildirim ki, karantin rejimindən sonra vətəndaşların iş yerləri bərpa edilərsə, onlar yenidən iş yerlərinə qayıda bilərlər”. 

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!