Bezos və Qeytsin yaxtaları yenidən Türkiyədə - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bezos və Qeytsin yaxtaları yenidən Türkiyədə - Fotolar

Dünya

02 Noyabr 2021 20:01 878


Dünyanın ən varlı şəxsləri siyahısında qabaqcıl yerləri tutan Ceff Bezos və Bill Qeytsin yaxtaları yenidən Türkiyənin ərazi sularında görünüb.

Belə ki, “Amazon” və “Microsoft” kimi şirkətlərin qurucuları olan mutlimilyarderlərin Kayman adaları bayrağı altında üzən dəbdəbəli gəmiləri Bodrum sahillərində lövbər salıb.

Bezosun 136 metrlik “Flying Fox” yaxtasında 11-i VIP olmaqla, 22 kayuta, hovuz, cakuzi, spa, idman və kino zalları, həmçinin helikopter meydançası var. Sezar pizza

Qeytsin “Lana” yaxtası isə nisbətən kiçikdir – 107 metr. Buna baxmayaraq, gəmi öz şəraiti və imkanları ilə heç də “Flying Fox”dan geri qalmır.

Qeyd edək ki, hər iki yaxta qısa müddət öncə də Türkiyə sahillərində görülmüşüdü.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!