BHİŞ paytaxtda 2 yeni park salacaq

saytların hazırlanması

Evə çatdırılma

BHİŞ paytaxtda 2 yeni park salacaq

Sosial

07 Fevral 2025 17:01 204


Yaxın vaxtlarda Bakı şəhərində 2 böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib.

"Paytaxtda parkların, yaşıllıqların olması böyük önəm kəsb edir. Son aylar bu istiqamətində ciddi işlər görülüb. Yaxın vaxtlarda 2 böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun "Gənclik" stansiyasının ətrafındadır", - deyə o qeyd edib. pizza mizza

Bundan başqa, BŞİH rəsmisi deyib ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var: "Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!