Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto

Kriminal

07 Fevral 2020 08:06 1437


Fevralın 4-də Tovuz rayon Polis Şöbəsinə  müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının  və nağd pulun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə  istintaqa təhvil verilib. Marqarita pizza

.Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!