Bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən aldılar

saytların hazırlanması

Evə çatdırılma

Bıçaqla hədə-qorxu gəlib avtomobili əlindən aldılar

Kriminal

25 Yanvar 2020 16:47 1483


Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb.

Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür. pizza sifarişi

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!