Biləcəridə iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olundu

saytların hazırlanması

Evə çatdırılma

Biləcəridə iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olundu

Sosial

07 Yanvar 2026 18:30 562


Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər. Toyuqlu pizza

Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!