Biləsuvar sakinini beşinci dəfə ilan sancdı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvar sakinini beşinci dəfə ilan sancdı

Hadisə

19 May 2025 19:26 498


Biləsuvar rayon sakinini ilan sancıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Ramal Əzizağa oğlu Cəbrayılzadə həyətyanı sahədə ot toplayarkən onu ilan sancıb. Toyuqlu pizza

Zərərçəkən dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib, ilan əleyhinə zərdab vurulub.

Ramal Cəbrayılzadənin atasının sözlərinə görə, bununla beşinci dəfədir ki, oğlunu ilan sancır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!