Biləsuvarda yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub. pizza mizza
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız