90-cı illərdə "Ağ Ev"i sarsıdan eşq macərası serial mövzusu olacaq.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, söhbət ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Monika Levinski adlı “stajyor”la yaşadığı yasaq eşqdən gedir.
Prezidentlə gənc xanımın eşqi məşhur "American Crime Story" serialının növbəti mövsümündə ekrana gələcək. Serial "A Vast Conspiracy" adlı kitab əsasında ekranlaşdırılacaq. Maraqlıdır ki, serialın prodüsserlərindən biri də hazırda 46 yaşında olan M.Levinskidir. Serialda hansı aktyorların rol alacağı hələlik açıqlanmayıb. pizza sifarişi
Xatırladaq ki, 1995-ci ildə 21 yaşlı M.Levinski "Ağ Ev"də “stajyor”luğa başlamış və qısa müddət sonra onun prezidentlə yasaq eşq yaşadığı iddia edilmişdi. B.Klinton bu iddiaları əvvəl inkar etsə də, sonda həqiqəti etiraf etmək məcburiyyətində qalmışdı. Bunu əsas gətirən respublikaçılar 1998-ci ildə B.Klintonun vəzifədən getməsini tələb etmiş, ancaq bu reallaşmamışdı. B.Klinton 2001-ci ilə kimi ABŞ prezidenti vəzifəsini icra edib.
Əsmətxanım
Telegram kanalımız