“Microsoft” şirkətinin yaradıcısı, dünyanın ən zəngin iş adamlarından olan Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondu yeni növ koronavirusla mübarizə məqsədilə 10 milyon dollar ayırıb.
"Yeni Sabah"ın xarici mətbuata istinadən xəbərinə görə, bu məbləğin yarısı Çində, digər yarısı isə Afrika ölkələrində öldürücü virusla mübarizəyə sərf olunacaq.
Qeyd edək ki, artıq Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb. Xəstəliyə yoluxanların ümumi sayı isə 3 min nəfəri keçib. Dominos pizza
Telegram kanalımız