Binada işləyən ustanı restoran sahibləri niyə döyüb? - Yasamaldakı yanğınla bağlı   YENİ DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Binada işləyən ustanı restoran sahibləri niyə döyüb? - Yasamaldakı yanğınla bağlı YENİ DETALLAR

Hadisə

22 Noyabr 2025 15:32 5045


"Binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı "Loft" restoranı tərəfindən nəzarətə götürülərək qapadılmışdı".

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri bir neçə gün əvvəl restoran əməkdaşları tərəfindən döyülən binanın ustası Yusif Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təxliyə qapısı vətəndaşların istifadəsində olsa idi, ölüm hadisəsi baş verməzdi: pizza sifarişi

"Bir neçə gün əvvəl şaxtanın açarını restoran sahiblərindən istədim, vermədilər və məni döydülər. Komendant Samir Məmmədov oranı təmizləmək üçün mənə tapşırıq vermişdi. Amma icazə vermədilər. Məni döydülər və bundan sonra polisə şikayət etdik. Daha sonra üzr istədilər, barışdıq. Şaxtanın bizə aid olan hissəsini bağlayıblar, girişə icazə vermirlər. Orada avtomobillərin elektrikdoldurma cihazları üçün generator quraşdırıblar. Yanğın da orada başladı və tüstüdən insanlar zəhərləndilər. Amma düzü, bilmirəm, generator qurğuları o cihazlara qoşulub, ya yox. İki ilə yaxındır, burada çalışıram, amma bir dəfə də olsun, zirzəmiyə daxil ola bilməmişəm".

Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!