Binalara 13 min dollarlıq yeni liftlər quraşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Binalara 13 min dollarlıq yeni liftlər quraşdırılır

Sosial

01 May 2019 11:43 722


Bakıda çoxmərtəbəli binalara yeni liftlərin quraşdırılmasına başlanılıb.

Bunu “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov deyib.

Bildirib ki, prosesə Nizami rayonundan başlanılıb. pizza

Belə ki, rayonun Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci lift quraşdırılıb:

“Bakıda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəzlənməsi ilk olaraq pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb. Digər mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılmağa başlanılacaq”.

Baş direktor qeyd edib ki, bir liftin qiyməti 12 800 ABŞ dollardır. 

oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!